“Qətər Holdinq” Şirkəti “Mançester Yunayted”i almaq istəyir

“Qətər Holdinq” Şirkəti “Mançester Yunayted”i almaq istəyir

Ərəb şeyxlərinin ingilis futbol klublarına olan maraq və "sevgisi" get-gedə çoxalmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, bununla bağlı bir sıra ingilis qəzetlərində informasiyalar dövriyyəyə buraxan ərəb iş adamları bir növ ingilis futbol ictimaiyyətini bu prosesə hazırlamaq məqsədi güdürlər. Artıq ərəb milyarderləri indi də "Mançester Yunayted"in səhmlərinə sahib çıxmaq istəyirlər. İngilis futbol klubu bununla bağlı rəsmi açıqlama ilə də çıxış edib. Klubun rəsmi olaraq yaydığı açıqlamada deyilir ki, "Qətər Holdinq" Şirkətinin "Mançester Yunayted" futbol klubunu 2 milyard funt-sterlinqə satın alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Klub bu informasiyanın doğru olmadığını desə də, başqa ingilis qəzetləri bu məsələ ilə bağlı yeni xəbərlər dərc edirlər. "Sundat Tayms" qəzeti isə klubun rəsmi açıqlamasından sonra da bir sıra məlumatlar dərc etməkdə davam edir. Qəzet iddia edir ki, klubun sahibi Qlazer ailəsi futbol klubunu satmaq üçün bir ərəb şirkəti ilə danışıqlara başlayıb. Yazıda bildirilir ki, ərəb şirkəti klubu satın almaq üçün 1,5 milyad funt-sterlinq təklif etsə də, Qlazer ailəsinin ancaq 2 milyard funt-sterlinqdən yuxarı məbləğ tələb edir.

Xatırladaq ki "Qətər Holding" misirli iş adamı Məhəmməd Əl Fayedin sahibi olduğu Londondakı möhtəşəm "Harrods" mağazasını keçən il 1,5 milyard funt-sterlinqə satın alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə