Baş məşqçi: “Nəticə göstərən kişi idmançılarımız olmadığına görə, yarışlara ancaq qadın qılıncoynadanlar göndərilir” - AÇIQLAMA

Baş məşqçi: “Nəticə göstərən kişi idmançılarımız olmadığına görə, yarışlara ancaq qadın qılıncoynadanlar göndərilir” - AÇIQLAMA

"Bu il əsas məqsədimiz 2012-ci ildə keçirələcək Olimpiya Oyunlarına lesenziya qazanmaqdır". Bu sözləri siasport.az saytına açıqlamasında qılıncoynatma üzrə Azərbaycan mili komandasının baş məşqcisi Tahir Həkimov deyib. Onun sözlərinə görə, komandamız beynalxalq yarışlarda əsas 4 idmançı ilə təmsil olunacaq. Baş məşqçi qeyd edib ki, bunlar sablya silahi üzrə yarışan qadınlardır - Sabina Mikina, Sevinc Bünyatova, Sevil Bünyatova və Aidə Ələsgərovadır. Komandamızın yanvarın 26-da Ukraynaya təlim-məşq toplanışına gədəcəyini bildirən T.Həkimov hazırlıq prosesinin Fransanin Orlean şəhərində keçiriləcək A kateqoriyalı beynalxalq turnir üçün təşkil olunduğunu vurğulayıb: "Yarış fevralın 11-dən 14-dək davam edəcək .Turnir Olimpiya Oyunlarına lisenziya xalı verir. Qeyd edim ki, idmançılarımz Fransadan qayıtdıqdan sonra Londona başqa beynalxalq turnirə yolanacaqlar. Bu yarış isə fevralin 25-dən 27-dək davam edəcək. Nəticə göstərən kişi idmançılarımız olmadığına görə, yarışlara ancaq qadın qılıncoynadanlar göndərilir".

Bütün xəbərlər Facebook səhifəmizdə