Sürətli şahmat turnirinin qalibləri mükafatlandırılıb

Sürətli şahmat turnirinin qalibləri mükafatlandırılıb

Gəncə Şahmat Məktəbində 28 May - Respublika Gününə həsr edilmiş sürətli şahmat turnirində iti zəka sahibləri 3 qrupda qüvvələrini sınayıblar. Məktəbin direktoru Asif Həsənov tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib, şahmatçılara uğurlar arzulayıb.

Daha sonra yarışın qaydaları haqqında iştirakçılara məlumat verilib.

Yarışda I, II və III yeri tutan şahmatçılara Gəncə Şahmat Məktəbi tərəfindən fəxri fərman təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə