Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkinChess 2016" superturniri davam edir. SİA-nın məlumatına görə, dördüncü turun daha bir maraqlı qarşılaşması Rusiya şahmatçısı Sergey Karyakin və Ukrayna təmsilçisi Pavel Elyanov arasında keçirilib. Rəqiblər 41-ci gedişdən sonra heç-hecəyə razılaşıblar.
Sergey Karyakin oyunla bağlı fikirlərini bildirib: "Bu gün mən qara fiqurlarla oynayırdım. Qarşılaşmadan əvvəl məşqçilər heyəti ilə qərarlaşmışdıq ki, heç-heçə nəticəsi bu tur üçün yaxşı olar. Oyun əsnasında rəqibim kəskin hücuma keçsə də məqsədimə çata bildim".
Pavel Elyanov isə görüş haqda bunları deyib: "Fikrimcə, maraqlı oyun nümayiş etdirdim. Hətta elə bir məqam oldu ki, mən qələbə qazanmağa yaxın idim. Sadəcə olaraq sonluğu düzgün hesablamadım və məğlub oldum. Qeyd edim ki, rəqibim çox güclü idi və Sergey Karyakinə qarşı oynamaq o qədər də asan deyildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB