Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının 2-ci dövrəsinin növbəti oyunları gələn ay keçiriləcək. Siasport.az saytı xəbər verir ki, 8-ci turun oyunları fevralın 14-də Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutacaq. İlk oyunda "Bakı" və "İqtisadçı", 2-ci matçda "Azərreyl" və "Şirvan", 3-cü qarşılaşmada isə "Lokomotiv" və "Azərreyl" üz-üzə gələcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinin ilk 3 pilləsini 12 xalla "Rabitə", "İqtisadçı" və "Azərreyl" bölüşdürür. "Lokomotiv "isə 10 xalla sonuncu yerədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB