Azərbaycan və Kuba güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib FOTOLAR

Azərbaycan və Kuba güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib FOTOLAR

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planında nəzərdə tutulduğu kimi, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba güləş yığması ilə birgə keçib. SİA-nın məlumatına görə, hazırlıqların son günündə Azərbaycan və Kuba sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib.

Yoldaşlıq görüşünü izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, sərbəst güləş üzrə vitse-prezident Maqomed Aliomarov, eləcə də federasiyanın baş katibi Rəşad Əli-Zadə və Kuba Güləş Federasiyasının rəsmiləri də olub.

Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın baş tutduğu yoldaşlıq görüşü Azərbaycan pəhləvanlarının 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə