UEFA Çempionlar Liqası: “Real” yoxsa “Atletiko”?

UEFA Çempionlar Liqası: “Real” yoxsa “Atletiko”?

Bu gün Avropanın ən güclü futbol klubunun adı bəlli olacaq. SİA-nın verdiyi xəbərə görə, Milanın "San Siro" stadionunda keçiriləcək final oyununda İspaniyanın iki klubu – Madridin "Real" və "Atletiko" komandaları üz-üzə gələcək.

Mütəxəssislər "Kral klubu"nun şanslarını daha yüksək dəyərləndirirlər. Belə ki, "Real" indiyədək bu mötəbər turnirdə 10 dəfə çempionluq sevinci yaşayıb.

Futbol həvəskarlarının maraqla gözlədiyi qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Madrid təmsilçiləri iki il əvvəl də finalda üz-üzə gəlmişdilər. Həmin oyunda uduzan "Atletiko" yəqin ki, bu dəfə məğlubiyyətin əvəzini çıxmağa can atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə