\"Qarabağ\" istirahətdədir. Siasport.az saytı xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan komanda 2 günü istirahətdə keçirəcək. Qardaş ölkədə 28 gün keçirəcək Ağdam təmsilçisinin planında yanvarın 23 və 24-ü istirahət üçün nəzərdə tutulub. Futbolçular bu 2 günü sərbəst olacaqlar. Amma bu heç də bütün futbolçulara şamil olunmayıb. Belə ki, zədəsi, eyni zamanda fiziki hazırlıq cəhətdən problemi olan futbolçulara məşq keçiriləcək. Aftandil Hacıyev, İlqar Qurbanov, Nderim Nedzipi, Rəşad Kərimov, Əfran İsmayılov, Aslan Kərimova özəl çalışmalar tətbiq ediləcək. Eyni zamanda komandanın məskunlaşdığı moteldə məşq etmək üçün istənilən şərait olduğundan futbolçular imkandan yararlana biləcəklər.
Yanvarın 25-indən etibarən komanda yenidən məşqlərə start verəcək.
Yanvarın 25-indən etibarən komanda yenidən məşqlərə start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB