"ShamkirChess 2016" superturnirinin II turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. SİA-nın verdiyi xəbərə görə, partiyadan sonra şahmatçılar oyun haqda danışıb. Teymur Rəcəbov klassik şahmatda Raufla o qədər də çox oyun keçirmədiyini bildirib: "Rauf Məmmədovla o qədər çox oynamamışıq. 4 yaşından şahmatdayam, bəlkə də yadımda qalmayıb. Bir-birimizlə oyunların fərqini bilmirəm. Məmmədovla bu günki oyun bərabər alındı. Demək olar ki, üstünlük görsənmirdi".
Azərbaycan şahmatçısı Rauf Məmmədov isə klassik şahmatdan çox blits oynamağı xoşladığını dedi: "Teymur kimi şahmatçıya qarşı diqqətli oynamaq vacibdir. Debüt normal oldu. Sadəcə üstünlük əldə etmək mümkün deyildi. Rəcəbov çox diqqətli idi. Onunla o qədər çox oynamamışıq. Ümumiyyətlə klassik şahmatdan çox blits oynamağı sevirəm. Klassik şahmat 4 saat davam edir, blits isə 10 dəqiqədir. Vaxt cəhətdən də rahat oynamaq olur".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB