Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyevi yubileyi münasibətilə təbrik edib. SİA nazirin təbrik məktubunu nəzərinizə çatdırır:
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
DEPUTATI CƏNAB RAUF ƏLİYEVƏ
Hörmətli Rauf Əliyev!
60 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Siz ölkəmizin bir çox sosial sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın, olimpiya hərəkatının inkişafında da xüsusi xidmətləri olan ictimai-siyasi xadimsiniz.
Uğurlu karyeranızın başlandığı energetika, neft-qaz sahəsində, eləcə də peşə təhsili və xalq təhsili kimi önəmli sahələrdə çalışdığınız uzun illər ərzində öz fəaliyyətinizlə bir çoxlarına nümunə olmuş, təqdirəlayiq uğurlar qazanmışsınız.
Gənclər və İdman Nazirliyində şöbə müdiri olduğunuz, "Neftçi" idman sağlamlıq mərkəzinə rəhbərlik etdiyiniz illərdə bədən tərbiyəsi və idmanın inkişafı üçün göstərdiyiniz xidmətlər danılmazdır. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futbol Federasiyaları Asssosiasiyasının birinci vitse-prezidenti kimi ölkəmizdə olimpiya hərəkatının inkişafı üçün əlinizdən gələni edirsiniz.
Bu gün Milli Məclisin üzvü olaraq, Azərbaycan Respublikasının qanunverici orqanında səmərəli fəaliyyətiniz ölkə rəhbərliyi və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Hörmətli Rauf Əliyev!
Sonda bir daha Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm və ümidvaram ki, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında, eləcə də idman və olimpiya hərəkatında səmərəli fəaliyyətinizi davam etdirəcəksiniz.
Azad Rəhimov
Azərbaycan Respublikasının
gənclər və idman naziri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB