Bu il Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinə çox az müddətin qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışın rəsmi elçilərindən olan Gülhüseyn Abdullayevin iştirakı ilə Bakı Şəhər Halqasını sınaqdan keçirəcək. SİA-nın məlumatına görə, Azərbaycanın 19 yaşlı istedadlı Formula-3 pilotu Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobili ilə Bakı Şəhər Halqasını yüksək sürətlə 3 dövrə vuracaq. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında saat 10.00-da start veriləcək və yürüş eyni yerdə başa çatacaq. Gənc pilotumuz ən yeni Formula-1 trekindəki sürət nümayişindən sonra jurnalistlərin suallarını cavablandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB