Deyəsən özünün əsl acınacaqlı günlərini yaşayan İngiltərənin "Çelsi" klubu üzləşdiyi bu böhran məngənəsinə baxmayaraq, hələ də rəqbləri üçün qorxulu röya olaraq qalır. Siasport.az saytı xəbər verir ki, "dumanlı albiom"da çalışan əksər futbol klublarının baş məşqçiləri və tanınmış futbol mütəxəssisləri "zadəganların" yenidən zirvəyə dönə biləcəyini və İngiltərə çempionluğu uğrunda mübarizə apara biləcəyini düşünürlər. Bu fikirlər ingilis mətbuatında indi əsas mübahisə mövzusuna çevrilib. İngiltərə çempionatında uğurlu çıxışlarını davam etdirən "Mançester Siti" futbol klubunun italiyalı baş məşqçisi Roberto Mançini də ingilis mətbuatına verdiyi açıqlamasında bildirib ki, getdikcə turnir cədvəlinin sonlarına yuvarlanan "Çelsi"nin yenidən zirvə mübarizəsinə qatıla biləcəyi mümkün görünür.
"Çelsi"nin zədəli futbolçular üzündən çoxlu xal itkisinə məruz qaldığını deyən italiyalı futbol mütəxəssisi, eyni zamanda diqqətə çatdırıb ki, hazırda "Mançester Yunayted" normal formada olan bir komanda təsiri bagışlasa da, zədəlilər heyətə dönəndən sonra "Çelsi" həm qüvvətlənəcək, həm də çempionluq uğrunda mübarizəyə qatılacaq. R.Mançini həmçinin İngiltərə çempionluğuna əsas namizəd kimi yenə "Çelsi"ni gördüyünü təkrarlayıb.
Xatırladaq ki, keçən il iki kuboka sahib olan, bu mövsümə də yaxşı başlayan "Çelsi" ardıcıl şoxlu sayda xal itirərək hazırda 5-ci sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB