“Liverpul” Ryan Babeli transferə çıxarıb

“Liverpul” Ryan Babeli transferə çıxarıb

Artıq düşdüyü vəziyyətdən var gücü ilə çıxış yolu axtarmağa çalışan İngiltərənin "Liverpul" klubu heyətində ciddi islahatlara başlayıb. Siasport.az saytı xəbər verir ki, klub komandaya yararı dəyməyən futbolçuları transfer etməyə başlayıb. Belə ki, ingilis futbol klubu Almaniya Bundesliqasında çıxış edən "Hoffenheym" klubunun Ryan Babel üçün irəli sürdüyü transfer təklifini qəbul edib.

2007-ci ildə "Ayaks"dan 11,5 milyon funt sterlinqə "Liverpul"a transfer olunan 24 yaşlı futbolçudan istədiyi oyunu görə bilməyən ingilis klubu artıq hollandiyalı futbolçunu alman klubuna satmaq barədə qərar qəbul edib. 40 dəfə Hollandiya milli komandasının şərəfini qoruyan R.Babel, "Liverpul"da 91 oyuna çıxıb və 12 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə