\"Neftçi\"nin əvəzediciləri Rusiyada hazırlıq keçəcəklər

\"Neftçi\"nin əvəzediciləri Rusiyada hazırlıq keçəcəklər
\"Neftçi\"nin əvəzedici heyəti də əsas komanda kimi təlim-məşq toplanışı keçəcək. Siasport.az saytı xəbər verir ki, əvəzedicilərin hazırlıq prosesi yanvarın 24-dən fevralın 4-dək Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində olacaq. İqor Getmanın rəhbərlik etdiyi komanda orada 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Artıq rəqiblərdən biri məlumdur. \"Neftçi\"nin gəncləri yanvarın 26-da \"Novorossiysk\" klubunun əvəzedici heyəti ilə qarşılaşacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə