Bahodir Nasimov: “Premyer Liqanın növbəti oyunlarınadək tam formada olacam”

Bahodir Nasimov: “Premyer Liqanın növbəti oyunlarınadək tam formada olacam”

Özbəkistan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olarkən zədələnən "Neftçi"nin hücumçusu Bahodir Nasimov hazırda fərdi məşğələlərlə kifayətlənir. Siasport.az saytı xəbər verir ki, Premyer Liqanın hazırki bombardiri indiki durumu haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Bildiyiniz kimi, Özbəkistan yığmasının heyətində Asiya kuboku-2011-ə hazırlıq məqsədi daşıyan, Dubayda keçirilən təlim-məşq toplanışında zədələndim. Bundan sonra vətənimə qayıdaraq, müalicə olundum. İndi özümü yaxşı hiss edirəm. Həkimlərin rəyinə görə, Premyer Liqanın növbəti oyunlarınadək tam formada olacam. Hazırda yüngül qaçışlarla və toplu məşqlərlə kifayətlənirəm. "Neftçi"nin Türkiyədə keçirəcəyi təlim-məşq toplanışının ikinci mərhələsinə komanda ilə birlikdə qatılacam".

Bütün xəbərlər Facebook səhifəmizdə