\"Bakı\" klubunun baş məşqçisi Aleksandr Starkov \"Bakı\"-\"Akjayık\" oyununun (3:0) başa çatmasından sonra qarşılaşmanı izləyən media nümayəndələrinin suallarını cavablandırıb. Siasport.az saytı xəbər verir ki, jurnalistlərin Jaba, Roşa və Ceffersonla bağlı sualına aydınlıq gətirən Aleksandr Starkov \"Onlar böyük ehtimalla komandada qalmayacaqlar\" - deyib.
Mahmud Qurbanovun komandanın ən yaşlı futbolçusu olmasına baxmayaraq, heyətdə yer almasına toxunan baş məşqçi buna belə aydınlıq gətirib: \"Mən futbolçunun pasportuna baxmıram. Əsas onun meydanda necə təsir bağışlamasıdır. Bu gün Mahmud Qurbanov meydanda pozitiv fəaliyyəti ilə yadda qaldı\".
Media təmsilçilərinin \"Hansı mövqelərə yeni futolçular dəvət oluna bilər?\" - sualı isə belə cavablanıb: \"Transferlər barədə danışmaq hələ tezdir. 3-4 yoxlama oyunundan sonra konkret bir fikir söyləmək olar. Hələ ki, komanda ilə tanışlığı davam etdirirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB