“İnter” “Birlik kuboku”nun yarımfinalında Zeniti darmadağın etdi - CANLI

“İnter” “Birlik kuboku”nun yarımfinalında Zeniti darmadağın etdi - CANLI

Bakının \"İnter\" klubu \"Birlik Kuboku\"nun yarımfinalında meydan sahibi - Sankt-Peterburq şəhərinin \"Zenit\" klubu ilə qarşılaşdı. Siasport.az saytı xəbər verir ki, komandamız rəqibi 5:0 hesabı ilə darmadağın etdi.

\"İnter\" final matçında \"Skonto\" (Latviya) - \"Şaxtyor\" (Belarus) oyunun qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, komandamız turnirdə indiyə qədər Qırğızıstanın \"Neftçi\", Tacikistanın \"İstiqlal\", Moldovanın \"İskra-Stal\", Ermənistanın \"Mika\" klubunu məğlub edib. \"İnter\" yarışda hələ ki, qapısından qol buraxmayıb.

Birlik kuboku

1/2 final

İnter (Azərbaycan) - Zenit (Rusiya) 5:0
Peterburq İdman Konsert Kompleksi

Qollar: Girts Karlsons (2, 15 və 51-ci dəqiqə), Petar Zlatinov (7ci dəqiqə), Rövşən Əmiraslanov (67-ci dəqiqə).

Heyətlər:

\"İnter\": Lomaya, Daşdəmirov, Abramidze, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons.

\"Zenit\": Zayçev, Batov, Murixin, S.Petrov, A.Petrov, Sirotov, Suşkin, Telegin, Çelinava, Matyaş, Kostin.

Bütün xəbərlər Facebook səhifəmizdə