Həvəskarlar arasında velosiped yarışı keçiriləcək ANONS

Həvəskarlar arasında velosiped yarışı keçiriləcək ANONS
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə may ayının 28-i, saat 18:00-da 28 May Respublika Günü və Formula-1 yarışlarına dəstək məqsədilə Dənizkənarı Bulvarda həvəskarların velosiped yarışı keçiriləcək. AzVİF-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın sonunda Azərbaycanın estrada ulduzlarının iştirakı ilə konsert proqramı da təşkil olunacaq.

Arzu edən həvəskar velosipedçilər bu yarışda iştirak edib, hədiyyə qazana bilər. Kişilərin və qadınların yarışı ayrı təşkil olunacaq.

Qeyd edək ki, start və finiş xətti Bakı İdman Sarayının arxasında (velosiped kirayəsi məntəqəsinin yanı) olacaq. Marşrut isə Bakı İdman Sarayından Dövlət Bayrağı Meydanı və əksinə istiqamətdədir.

Onu da nəzərinizə çatdıraq ki, iştirakçılar velosipedlərini özləri ilə gətirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня