UEFA Avropanın ən yaxşı futbolçusu üçün mükafat təsis edəcək

UEFA Avropanın ən yaxşı futbolçusu üçün mükafat təsis edəcək
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa komandalarında çıxış edən ilin ən yaxşı futbolçusuna öz mükafatını təqdim edəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə UEFA prezidenti Mişel Platini xarici ölkələrin kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.
Mişel Platini bildirib ki, UEFA gələn ildən başlayaraq Avropanın ən yaxşı futbolçusuna xüsusi mükafat təqdim edib. Bu, "Franse Football" jurnalının FİFA versiyası üzrə ən yaxşı futbolçuya verilən mükafatla birləşdirilən "Qızıl top" mükafatının bənzəri olacaq.
Gözlənildiyi kimi, yeni mükafatın ilk sahibi gələn ilin avqust ayında UEFA-nın Çempionlar Liqasının qrup mərhələsinin ənənəvi püşkatma mərasiminin və UEFA-nın Superkubok qarşılaşmasının keçirildiyi Monakoda açıqlanacaq.
Səsvermədə UEFA-ya daxil olan bütün federasiyaların təmsilçiləri, jurnalistlər, UEFA ekspertləri iştirak edəcəklər. Adı hələlik müəyyənləşdirilməyən mükafatın layihəsinin işlənməsi ilə UEFA-nın media direktoru Uilyam Haylard məşğul olacaq.
Mükafat Avropada və bu qitənin hüdudlarından kənarda anadan olmuş, lakin mütləq UEFA-nın üzvü olan ölkələrin yığma komandalarında yaxud klubunda çıxış edən futbolçuya təqdim ediləcək.//AzerTac

Bütün xəbərlər Facebook səhifəmizdə