"Xəzər Lənkəran"da gələn və gedən var

"Xəzər Lənkəran"da gələn və gedən var
"Xəzər Lənkəran" klubunun Antalyada kecirdiyi təlim-məşq toplanışı bütün gücü ilə davam edir. Siasport.az saytı xəbər verir ki, keçirilən ağır məşqlərə baxmayaraq futbolçuların istək və arzusu bütün çətinlikləri arxa plana atır.

Komandanın keçirdiyi hər iki yoxlama oyununda zəif təsir bağışlayan qapıçı Kosmin Vitka artıq geri göndərilib. Məşqçilər korpusu yeni qapıçı axtarışını davam etdirir.

Əvəzində düşərgəyə daha bir yeni futbolçu baxışa gəlib. Bu, Türkiyə Superliqasından kecən il Bank Asiya 1-ci liqasına yuvarlanan "Konyaspor"un hücumçusu Ibrahim Banquradır. Afrika əsilli futbolçu bu gündən məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" şənbə günü daha bir yoxlama oyunu keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com