Kriştiano Ronaldo “Real Madrid”i yarımfinala çıxartdı

Kriştiano Ronaldo “Real Madrid”i yarımfinala çıxartdı

"Real Madrid" dünyanın başqa möhtəşəm futbol klubları kimi çempionat oyunları ilə yanaşı, İspanya Kral kubokunda da yoluna davam edir. Siasport.az saytı xəbər verir ki, "Real" İspaniya La Liqasındakı əsas rəqiblərindən olan "Atletiko Madrid"in kubok qazanmaq arzusunu gözündə qoyub. Bu iki futbol klubunun arasında keçirilən ilk oyunda "Real Madrid" rəqibini öz meydanından 3:1 hesablı məğlubiyyət "hədiyyəsi" ilə yola salmışdısa, Joze Maurinyonun yetirmələri rəqib meydanında -"Visente Kalderon" stadionunda da Kriştiano Ronaldonun qarşılaşmanın 23-cü dəqiqəsində vurduğu yeganə qolla "Atletiko Madrid"i yenə məğlubiyyətə uğradıb. Artıq bu nəticədən sonra İspanya Krak Kubokunun yarımfinalına çıxan "Real"ın növbəti rəqibi də məlum olub. Bu, "Villyareal"ı məğlub edərək kubokdan uzaqlaşdıran "Seviliya"dır.

Qeyd edək ki, "Real Madrid" və "Seviliya" arasındakı ilk oyun yanvarın 26-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə