Yaşar Bəşirov: “Maliyyə çatışmazlığına görə Paris Open beynəlxalq turnirinə qatıla bimədik” - ÖZƏL
"Maliyyə çatışmazlığına görə yanvarın 15-də keçirilən Paris Open beynəlxalq turnirinə qatıla bimədik". Bu sözləri siasport.az saytına açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. O, ilin əvvəlində federasiyanın maddi sıxntı yaşadığını qeyd edib. Federasiya prezidenti bildirib ki, maliyyə olmadığına görə, hətta qarşıdan gələn Avropa çempionatına hazırlıq xarakterli məşqləri Bakıda və Abşeronda keçiriblər.
Onun sözlərinə görə, hazırda idmançılarımız fevral ayının 11-13-də keçiriləcək Avropa çempionatına hazırlaşırlar: "Gələn ay Serbiyanın Novi-Sad şəhərində 38-ci gənclər və yeniyetmələr arasında Avropa çempionatına qatılacağıq. Maliyyə məsələlərinin yarısını Gənclər və İdman Nazirliyi, yarısını isə 3 ildir ki, sponsorumuz olan Azərbaycan Beynəlxalq Bankı həll edib. Yarışa 24 nəfərlik heyətlə gedəcəyik. Bunlardan 3-ü məşqçi, 2-i hakim, 1-i mən, qalanları idmançılar olacaq. Bizim 3 hakimimiz - Yusif Məmmədov, Anar Allahverdiyev, Cahangir Babayev beynəlxalq dərəcəli hakim adı alıblar. Bunlardan Yusif Məmmədov və Cahangir Babayev hakim kimi, Anar Allahverdiyev isə gənclərdən ibarət yığmamızın baş məşqçisi kimi Serbiyaya gedəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB