"Qalatasaray"ın özünə gəlməyə başladığı bir vaxtda bir sıra problemlər İstanbul klubunu hələ də rahat buraxmır. Dünən komandada daha bir şok problem yaşanıb. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın dünən axşam keçirilən təlim-məşq toplanışında komandanın kapitanı olan Arda Turan yenidən zədələnərək ayağını əzib. "Cim-bom"un rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd olunur ki, Türkiyə kuboku uğrunda "Antalyaspor" klubu ilə keçirilən qarşılaşmada zədələnən A.Turanın vəziyyəti həkimlərin müdaxiləsindən sonra qaydaya düşsə də, dünənki təlim məşq zamanı İstanbul klubunun kapitanı yenidən zədəsini yeniləyib. Onun hazırda həkim nəzarətində olduğu və yaxın günlərdə "Sivasspor"la "Türk Telekom Arena"da keçiriləcək qarşılaşmada meydana çıxıb-çıxmamasının həkim rəyindən asılı olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB