Azərbaycan gimnastları bədii gimnastika üzrə beynəlxalq turnirdə iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, təmsilçilərimiz Estoniyada keçiriləcək ənənəvi beynəlxalq yarışa yollanacaqlar. Yarışda hazırda Moskvada təlim-məşq toplanışı keçən Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı ilə yanaşı, Samirə Mustafayeva və qrup komandalarımız da mübarizə aparacaqlar. Fevralın 10-dan 13-dək davam edəcək yarış Tartu şəhərində təşkil olunacaq.
Qeyd edək ki, turnirdə Rusiya, Finlandiya, Almaniya, Latviya kimi
ölkələrin idmançıları da iştirak edəcəklər.
Daha sonra isə gimnastlarımız fevral ayında Macarıstanda beynəlxalq
turnirə və Rusiyada Qran-Pri turnirinə qatılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB