Joze Maurinyo futbolçular üçün hollivud ulduzuna çevrilir

Joze Maurinyo futbolçular üçün hollivud ulduzuna çevrilir

Deyəsən "Real Madrid"in baş məşqçisi Joze Maurinyo indi də futbolçular üçün Hollivud ulduzuna çevrilir. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubunun portuqaliyalı ulduzu Huqo Almeydanın "Rekord" jurnalına verdiyi açıqlamaları da bir növ yuxarıda dediyimiz fikirləri təsdiq edir. "Beşiktaş"ın portuqaliyalı futbolçusu açıq şəkildə dilə gətirib ki, bir gün mütləq Joze Maurinyo ilə bir yerdə çalışacağına əmindir: "Joze Mourinyo ilə bir yerdə çalışmaq və onun təcrübəsindən bəhrələnmək əsas hədəflərimdən biridir. Bunu heç gizlətmirəm də. Mənim bu arzum dünyanın ən yaxşı baş məşqçisi ilə bir arada olmaq istəyimdən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə