"Azercell U-17 Liqa"nın 2009-2010-cu il mövsümünün qalibi "Qəbələ" klubunun müvafiq yaş qrupundan ibarət komandası AFFA tərəfindən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərilib. Siasport.az saytı AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində "Qəbələ" növbəti yoldaşlıq oyunu keçirib. Türkiyənin "Muratpaşa bələdiyyəsi" klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşan "Qəbələ" 0:2 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB