"Qarabağ"ın Antaliyada növbəti məşqi - FOTOSESSİYA

"Qarabağ"ın Antaliyada növbəti məşqi - FOTOSESSİYA

"Qarabağ" Antalyada təlim-mşq toplanışının 12-ci gününü başa vurub. Siasport.az saytı xəbər verir ki, isinmə hərəkətlərinin ardından öncə uzaqdan zərbələr və asmalar üzərində çalışılıb. Sonra isə futbolçular taktiki çalışmalar yerinə yetiriblər. 2 ayrı qrupda eyni zamanda müdafiəçilər və hüçumçulara bölünən futbolçular hücum və müdafiə üzərində məşq ediblər. Xətti müdafiə, top saxlanılması, hücum versiyaları üzərindəki çalışmanın ardından futbol da oynanılıb. Göylərə və sarılara bölünən futbolçular meydanboyu futbol oynayıblar.

Xəstə futbolçulardan Namiq Yusifov artıq məşqlərdə iştirak edirdisə, Zaur Həşimov məşqi kənardan izləyib. Maksim Medvedev isə ayrılıqda çalışıb. Maksimin ayağında ağrılar qaldığına görə müdafiəçi fizioterapevt nəzarətində məşq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə