"Bakı" futbol klubunun gənc və yeniyetmə futbolçuları və azarkeş qrupunun üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək, Vətənin birliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin məzarları önünə əklil və gül dəstələri qoyublar. Siasport.az saytı xəbər verir ki, 20 yanvar hadisələrinin 21-ci ildönümündə bir araya gələrək, şəhidlərimizin əziz xatirəsini yad edən gənc futbolçular bu müqəddəs məkanda Vətənə sədaqətlə xidmət edəcəkləri barədə and içiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB