“Şuşa”da daha iki legioner

"Şuşa" klubuna daha iki legioner baxışa gəlib. Siasport.az saytı xəbər verir ki, dünən heyətə hələ ki, soyadını dəqiqələşdirmədiyimiz moldovalı futbolçu Dima və türkiyəli Gökhan Kızılgül qoşulub. Dima Rusiyanın "Sibir", G.Kızılgül isə Türkiyənin "Kagızmanspor" klubunda forma geyinib. G.Kızılgül sol cinah hücumçusu, Dima isə sağ cinah orta sahə oyunçusudur. Futbolçularla bağlı yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, sabahdan komanda "Şəfa" stadionunda təlim-məşq toplanışına başlayacaq. Məşqlərə səhər saat 10:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə