"Rabitə" Xorvatiya yığmasının üzvünü heyətinə qatıb

"Rabitə" Xorvatiya yığmasının üzvünü heyətinə qatıb
Qadın voleybolçulardan ibarət "Rabitə" klubu heyətini bir qədər də gücləndirib. Siasport.az saytı xəbər verir ki, son Azərbaycan çempionu olan klub Xorvatiya yığma komandasının üzvü Marina Miletiçi heyətinə qatıb.
28 yaşlı 180 sm boya malik xorvat idmançı "Rabitə"yə Rusiyanın "Dinamo" (Yantar) klubundan transfer olunub.
""Dinamo"da hazırda zədəli voleybolçular çoxdur. Ancaq mənim klubdan ayrılmağımdan sonra bu klubda problem yaranacağını güman etmirəm. Azərbaycanda işçi vizam mövcuddur. Buna görə də bu ölkəyə getməyimdə problem yaranmayacaq.Yeni klubumda debüt etməyimi səbirsizliklə gözləyirəm",- deyə Miletiç bildirib.
Xatırladaq ki, Marina Miletiç karyerası ərzində "Kann", "Vukovar", "Rijeka" və başqa klubların formasını geyinib.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə