Yanvarın 26-da azərbaycanlı sablyaçı qızlar Ukraynada keçiriləcək təlim-məşq toplantılarında iştirak etmək üçün bu ölkəyə yola düşəcəklər. Siasport.az saytı xəbər verir ki, Səbinə Milkina, Sevil və Sevinc Bünyatova bacıları, Aida Ələsgərova və yeniyetmə Dilarə Quliyeva baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə fevralın 9-na qədər Kiyevdə məşq edəcəklər.
Bundan sonra Dilarə Quliyeva istisna olmaqla bu heyət Dünya Kubokunun növbəti mərhələsində iştirak etmək üçün Orleana (Fransa) yola düşəcək. Fransa turnirinin qalibləri fərdi və klub birinciliyi üzrə müəyyən ediləcəklər. Klub yarışlarında Azərbaycanı "Neftçi" cəmiyyəti təmsil edəcək. Xatırladaq ki, yuxarıda adları çəkilən sablyaçı qızların hamısı bu klubun üzvləridir. İdmançılarımız fevralın 14-də Vətənə qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB