"Bildiyiniz kimi, "Shamkir Chess" superturniri ölkəmizdə 3-cü dəfədir keçirilir. Bu dəfə dünya çempionu Maqnus Karlsen Azərbaycana gəlməyib. O, 2 dəfə bu yarışın qalibi olub. Amma əminik ki, onun burada iştirak etməməsi, turnirə marağı azaltmayacaq".
SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" turnirindən öncə yarışın direktoru Fərid Hüseynov deyib.
Yarışın direktorunun sözlərinə görə, Maqnus Karlsenin əvəzinə turnirə şahmat tacı uğrunda görüşdə onunla qarşılaşacaq Sergey Karyakin dəvət edilib.
"Düşünürəm ki, dünya şahmatında yeni parlayan çinli qadın idmançı Hou Yifan da yarışa rəng qatacaq. Onu yarışa dəvət etməklə gender bərabərliyinə nail olmuşuq. Turnirdə milli komandamızın 4 aparıcı üzvünə böyük ümidlər bəsləyirik",- deyə F.Hüseynov əlavə edib.
O qeyd edib ki, "ShamkirChess" superturniri dünyanın ən mötəbər tədbirləri sırasına daxil olub: "ShamkirChess" turnirinin məsuliyyəti böyükdür. Amma bu məsuliyyəti asanlıqla ram edirik. Superturnirin mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunması bizim üçün qürurdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB