Şəhriyar Məmmədyarov: "Bütün şahmatçılarımızdan gözəl oyun gözləyirəm" AÇIQLAMA
"ShamkirChess 2016" turniri bizim üçün olimpiadadan öncə çox önəmli yarışdır. Milli komandanın 5 üzvündən 4-ü bu turnirdə mübarizə aparacaq". SİA-nın məlumatına görə, bunu mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2016" superturnirindən öncə keçirilən mətbuat konfransında azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov deyib.
O qeyd edib ki, Azərbaycan şahmatçıları adıçəkilən turnirdə qalib gəlmək gücündədirlər: "Karyeramız ərzində bir çox uğurlara imza atmışıq. Bu yarışda da qalib gəlmək gücündəyik. Ancaq turnirdəki çıxışımızın necə alınacağını yarış zamanı görəcəyik. Bütün şahmatçılarımızdan gözəl oyun gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB