Sergey Karyakin: "Fürsətdən maksimum yararlanmağa çalışacağam" AÇIQLAMA
"Azərbaycanda özümü hər zaman yaxşı hiss etmişəm. Burada hər şey ürəyimcədir. Ötən il də Bakıda təşkil edilən Dünya Kuboku yüksək səviyyədə keçirildi". SİA-nın məlumatına görə, bunu mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2016" superturnirindən öncə keçirilən mətbuat konfransında Dünya Kubokunun qalibi Sergey Karyakin deyib.
Rusiyalı şahmatçı bu yarışda uğurlu çıxış edərək, dünya çempionu Maqnus Karlsenlə görüşə yüksək ovqatda yollanmaq istədiyini bildirib: "Dünya Kubokunda uğurlu nəticə göstərdim. İndi mənim şahmat tacına yiyələnmək üçün yaxşı imkanım yaranıb. Fürsətdən maksimum yararlanmağa çalışacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB