FİDE prezidenti: "ABŞ-ın Malliyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınmışam" AÇIQLAMA
"Beynəlxalq Şahmat Federasiyası (FİDE) 187 ölkəni birləşdirir. Hazırda Şəmkir ümumdünya şahmat hərəkatının paytaxtına çevrilib. Çünki ardıcıl 3-cü ildir dünyanın ən güclü şahmatçıları burada mərhum qrossmeyster Vüqar Həşimovun xatirə turnirində bir araya gəlirlər. "ShamkirChess" turnirində dünya çempionları və sabiq çempionlar oynayıblar. Bunlara misal olaraq Maqnus Karlson, Vladimir Kramnik, Vişvanand Anandın adlarını çəkə bilərəm". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FİDE prezidenti Kirsan İlümjinov deyib.
O qeyd edib ki, dünyanın ən güclü şahmatçıları mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə hörmət nümayiş etdirərək "ShamkirChess" turnirində iştirak edirlər: "Vüqar təkcə dahi şahmatçı olmayıb, o, dünyanın tanınmış zəka sahiblərinin yaaxın dostu olub. Mən təşkilatçılara, Şəmkir rayon rəhbərliyinə, Azərbaycan hökümətinə, Şahmat Federasiyasına minnətdarlığımı bildirirəm. Çünki onlar hər il bu xatirə turnirini yüksək səviyyədə təşkil edirlər. "ShamkirChess" FİDE-nin təqvimində dünyanın ən güclü şahmat turnirlərindən sayılır".
K.İlümjinov onunla bağlı yaranmış qalmaqal haqqında da danışıb: "Mən indi də FİDE-nin prezidentiyəm. Sadəcə, müəyyən səlahiyyətləri - ABŞ-da maliyyə sənədlərinin imzalanması hüquqlarını birinci vitse-prezidentə həvalə etmişəm. Noyabrın 25-də ABŞ-ın Malliyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınmışam. Çünki bir neçə dəfə Suriyaya getmişəm. Orada şahmat turnirləri keçirmişik. Biz Suriyada şahmat mərkəzi açmışıq. Buna görə ABŞ-da fiziki və hüquqi şəxslər ilə müqavilə imzalaya bilmərəm. Sözügedən səbəbdən ABŞ-la bağlı səlahiyyətləri birinci vitse-prezidentə vermişəm. Bunu nəzərə almasaq, 2018-ci ilədək FİDE-nin prezidenti olacağam. Həmin ilin payızında Batumidə Şahmat Olimpiadası və Şahmat Konqresi keçiriləcək. Orada FİDE-nin prezident seçkiləri təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB