Azərbaycan çempionatının püşkü atıldı

Azərbaycan çempionatının püşkü atıldı

Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında kişilər arasında Azərbaycan Çempionatının püşkü atılıb. Siasport.az saytı xəbər verir ki, 12 zəka sahibinin mübarizə apardığı çempionatda 6 beynəlxalq qrossmeyster və 4 beynəlxalq usta çıxış edəcək. Çempionat dairəvi sistemlə təşkil olunacaq və ümumi mükafat fondu 10.000 AZN təşkil edəcək. Oyunlar hər gün saat 14.30-da Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçiriləcək. Çempionatın baş hakimi beynəlxalq hakim Namiq İsmayılovdur. İlk tur yanvarın 21-i baş tutacaq.

Birinci turda qarşılaşacaq cütlükləri nəzərinizə çatdırırıq:

Abdulov Orxan

2344

-

GM

Bağırov Rüfət

2471

GM

Durarbəyli Vasif

2504

-

GM

Abbasov Fərid

2537

GM

Məmmədov Nicat

2580

-

İM

Rəsulov Vüqar

2483

Məmmədov Zaur

2443

-

İM

Quliyev Loğman

2464

İM

Bacarani Ülvi

2393

-

GM

Mirzoev Azər

2563

GM

Qədir Hüseynov

2591

-

İM

Abasov Nicat

2486

Bütün xəbərlər Facebook səhifəmizdə