Rövnəq Abdullayev: ““İnter”in “Birlik kuboku”ndakı uğurlu çıxışı hər birimizi sevindirir”

Rövnəq Abdullayev: ““İnter”in “Birlik kuboku”ndakı uğurlu çıxışı hər birimizi sevindirir”

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik kuboku"nda "İnter"in uğurlu çıxışı barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı AFFA prezidentinin fikilərini nəzərinizə çatdırır: "Ötən mövsüm Azərbaycan çempionu olmuş "İnter"in "Birlik kuboku"ndakı uğurlu çıxışı hər birimizi sevindirir. Turnirdəki təmsilçimizin indiyə qədər keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vurması, 4 oyunda qapısından qol buraxmaması sevindirici haldır. "İnter"in yarımfinala yüksəlməsi münasibətilə klubun bütün kollektivini, Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri təbrik edir, "İnter"ə daha böyük uğurlar arzulayıram".

Qeyd edək ki, "İnter" "Birlik kuboku"nun qrup mərhələsində Qırğızıstanın "Neftçi" (3:0), Taciktistanın "İstiqlal" (3:0), Moldovanın "İskra-Stal" (1:0), 1/4 final mərhələsində isə Ermənistanın "Mika" klubunu (4:0) məğlubiyyətə uğradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə