“Azərreyl” “Bakı”nı, “İqtisadçı” “Rabitə”ni, “Lokomotiv” “Şirvan”ı məğlub etdi
"Sərhədçi" İdman Olimpiya Mərkəzində qadın voleybol komandaları arasında Super Liqa yarışlarının altıncı turunun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, turun ilk oyunu "Azərreyl" və "Bakı" komandaları arasında baş tutub. Görüş "Azərreyl" komandasının 3:0 (25:21, 25:17, 25:15) hesablı qələbəsi ilə başa çatıb.
Digər görüş "İqtisadçı" və "Rabitə" komandaları
arasında olub və birinci 3:0 (26:24, 25:23, 25:22) hesablı qələbə qazanıb.
"Lokomotiv"-"Şirvan" qarşılaşmasında isə "dəmiryolçular"
3:0 (25:16, 25:14, 25:23) hesabı ilə üstün olublar.
Turnir cədvəlində "Azərreyl" birinci, "Rabitə"
ikinci, "İqtisadçı" isə üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB