“Qalatasaray” Türkiyə kubokunun yarımfinalında

“Qalatasaray” Türkiyə kubokunun yarımfinalında

"Qalatasaray" Türkiyə kubokunun yarımfinalına vəsiqə qazanıb. Siasport.az saytı xəbər verir ki, mövsümün əvvəlində Avropa macərasına Ukrayna çempionatının ən zəif rəqibinə uduzmaqla "əlvida" deyən "Cim-bom" Türkiyə superliqasında da məğlubiyyətləri ard-arda sıraladıqdan sonra bütün diqqətini Avroliqaya vəsiqə qazanmaq üçün Türkiyə kubokuna yönəltmişdi. Komandadakı kritik vəziyyət də futbolçuların psixoloji durumlarına mənfi təsir göstərir. Xüsusilə son vaxtlar "Türk Telekom Arena"nın açılışı ilə bağlı yaranan qalmaqal klubun prezidenti Adnan Polatın əvvəlcə istefa verəcəyini bəyan etməsi və sonradan klubun idarə heyətinin bu istefanı qəbul etməməsi "Qalatasaray"ın yaşadığı böhranı daha da kəskinləşdirmişdi. Amma bütün bunlara baxmayaraq, artıq kubok mübarizəsində qrup oyunlarını arxada qoyan "Qalatasaray" dünən "Antalyaspor"la rəqib meydanında keçirdiyi qarşılaşmada 0:0 hesablı nəticə əldə edərək Türkiyə kubokunun yarımfinalına çıxıb. Artıq bütün diqqətlər "Qalatasaray"ın "Fənərbaxça", "Bursaspor" kimi güclü rəqiblərin olmadığı kubok marafonunda necə qələbə qazanacağına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə