Deyəsən artıq böyük klub imicini itirmək üzrə olduğunu gec anlamağa başlayan "Liverpul" rəhbərliyi ciddi transferlərə və addımlara əl atmaq məcburiyyətində qalıb. Siasport.az saytı xəbər verir ki, ingilis klubu heyətini gücləndirmək üçün daha bir futbolçunu "göz altı" edib. Məsələ burasındadır ki, saniyə-saniyə, saat-saat nüfuzunu itirməyə doğru gedən klub, hücum xəttini "Ayaks"ın uruqvaylı futbolçusu Luis Suareslə qüvvətləndirmək istəyir. İngilis klubu bunun üçün tam 15 milyon avro ödəməyə hazır olduğunu rəsmi olaraq internet səhifəsində elan edib. "Liverpul" bu önəmli transferi reallaşdırmaq üçün bacarıqlı futbolçularından olan Ryan Babeli də Hollandiya klubuna verməyə razıdır. Məsələyə münasibət bildirən "Ayaks"ın baş məşqçisi Frank De Boyer də açıqlamasında L.Suares kimi bir oyunçunun "Liverpul"a getmək istəməsini anlayışla qarşıladığını deyib.
Qeyd edək ki, Hollandiya
çempionatında ən bacarıqlı futbolçulardan sayılan L.Suares 108 qarşılaşmada 81
qol vuraraq diqqətləri üzərinə çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB