Türkiyə millisi Cənubi Koreya ilə qarşılaşacaq

Türkiyə millisi Cənubi Koreya ilə qarşılaşacaq

Türkiyə milli komandasının 2011-ci ildəki ilk rəqibi bəlli olub. Siasport.az saytı xəbər verir ki, fevralın 9-da Türkiyə millisi yoldaşlıq oyunu çərçivəsində Cənubi Koreya milli komandası ilə qarşılaşacaq. Qarşılaşma Trabzondakı "Hüseyin Avni Aker" stadionunda keçiriləcək. Xatırladaq ki, hər iki komanda əvvəllər də 4 dəfə yoldaşlıq, 2 dəfə isə rəsmi oyunlarda qarşı-qarşıya gəliblər. Bu qarşılaşmalardan Türkiyə milli komandası 4 qələbə, 1 bərabərlik və 1 məğlubiyyətlə ayrılıb. Diqqət çəkən məqamlardan biri də bu iki klubun 2002-ci ildə Dünya Çempionatındakı qarşılaşmasının hələ də yaddaşlarda qalmasıdır. O zaman Dünya Çempionatında Türkiyə və Cənubi Koreya milli komandaları üçüncü yer uğrunda mübarizə aparıblar və həmin oyunda, hazırda Türkiyə millisini çalışdıran Qus Hiddinq Cənubi Koreya milli komandasının baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə