Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş \"Birlik kuboku\"ndakı təmsilçimiz \"İnter\" 1/4 final mərhələsi çərçivəsində Ermənistan komandası \"Mika\" ilə qarşılaşır. Siasport.az saytı xəbər verir ki, Peterburqski İdman Konsert Kompleksində keçiriləcən oyun bu turnirdə Azərbaycan klublarının ermənilərlə üz-üz gəldiyi 3-cü matçdır. Belə ki, 2005 və 2006-cı illərdə "Neftçi" "Pünik"lə qarşılaşıb. Birinci oyunda flaqman erməniləri 2:0 məğlub edib, ikinci qarşılaşmaya isə "Pünik" gəlməyib və komandamız texniki qələbə qazanıb.
"Birlik kuboku"
1/4 final
"İnter" (Azərbaycan) – "Mika" (Ermənistan) - 4:0
Peterburq İdman Konsert Kompleksi
Qollar: Vladimir Levin (30-cu dəqiqə), Girts Karlson (35-ci dəqiqə)
Matçın 30-cu dəqiqəsində künc zərbəsi vuran futbolçularımız bundan maksimum yararlandılar. Petar Zlatinovun ötürməsini Vladimir Levin dəqiq zərbə ilə qola çevirdi.
35-ci dəqiqədə isə Girts Karlsons uzaqdan çərçivəni dəqiq nişan aldı və erməniləri bir daha oyunu meydanın mərkəzindən başlamağa məcbur etdi.
Matçın 51-ci dəqiqəsində Dmitri Kruqlov \"Mika\"nın futbolçusunu ustalıqla aldadaraq topu tora qovuşdurur.
Oyunun 60-cı dəqiqəsində Girts Karlsons dubla imza atdı. Künc zərbəsindən ötürülən topu ermənilərin qapısına yönləndirdi-4:0.
Oyun başa çatdı.
\"İnter\": Lomaya, Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons.
\"Mika\": Kasparov, Poqosyan, Tadevosyan, Mİkoyan, Aleks, Mkrtçyan, Voskanyan, Elney, Mandrıçenko, Demel, Beqeryan.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB