Azad Rəhimovla Kirsan İlyumjinov şahmat oynadı FOTOLAR

Azad Rəhimovla Kirsan İlyumjinov şahmat oynadı FOTOLAR

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovla şahmat oynayıb. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ağ fiqurlarla oynayan Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə nazirin partiyasında qalib olmayıb. Partiya heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında da gənclər və idman naziri Azad Rəhimov FİDE prezidenti ilə şahmat oynamışdı. O zaman da görüş heç-heçə ilə yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə