Qurban Qurbanov: \"Yoxlama oyunlarında nəticədən daha çox komandanın ümumi oyunu, bir-biriylə anlaşma və s. kimi komponentlər vacibdir\"

Qurban Qurbanov: \"Yoxlama oyunlarında nəticədən daha çox komandanın ümumi oyunu, bir-biriylə anlaşma və s. kimi komponentlər vacibdir\"
Xəbər verdiyimiz kimi, \"Qarabağ\" klubu Antalyada keçirdiyi təlim-məşq toplanışında ilk yoxlama oyununu Qazaxıstanın \"Jetisu\" klubuna qarşı keçirib və 2:3 məğlub olub. Siasport.az saytı xəbər verir ki, baş məşqçisi Qurban Qurbanov oyundan sonra klubun rəsmi saytına matç barədə fikirlərini bildirib: \"Məlum olduğu kimi cəmi 8 gündür hazırlıqlara başlamışıq. Adətən belə oyunlar keçirməyin faydası olur. İkinci hissədə fərqli komanda meydana buraxdıq. Çalışdıq ki, hamının durumuna nəzər yetirək. Əlbəttə ki, yoxlama oyunlarında nəticədən daha çox komandanın ümumi oyunu, bir-biriylə anlaşma və s. kimi komponentlər vacibdir. Hazırda sağlam olan bütün futbolçulara şans verdik. İlqar Qurbanov məşqlərə yeni başlayıb. Ona görə də onu çox yükləmək istəmədik. Əfran isə dünəndən komandayla çalışır. Maksimin isə sol ayaq əzələsində bir qədər problem var. Rəşad Kərimov hələ bir həftə sonra komandayla çalışmalara başlayacaq. Zaur Həşimov və Namiq Yusifov xəstəlikləri səbəbindən bugünkü oyunda iştirak edə bilmədilər. Hələ hazırlıq üçün yetərincə vaxtımız var. Daha çox çalışmalı və çempionata qədər hazır vəziyyətə gəlməliyik\".

Bütün xəbərlər Facebook səhifəmizdə