Luçesku yeni klubundan 4 milyon avro alacaq

Luçesku yeni klubundan 4 milyon avro alacaq

"Şaxtyor"dan ayrılan Mirça Luçeskunun işsiz günləri çox çəkməyib. Rumın məşqçi Rusiyanın "Zenit" klubu ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb. Rusiya mətbuatı təcrübəli çalışdırıcının illik 4 milyon avro qazanacağını bildirib.

Qeyd edək ki, 12 illik "Şaxtyor" macərasından sonra Ukraynanı Rusiyaya dəyişən Mirça karyerası boyu ümumilikdə 32 titul qazanıb. Türkiyə, Rumıniya və Ukrayna çempionluqları, ölkə kubokları ilə yanaşı Luçe Avroliqa çempionu və Avropa Superkubokunun da qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə