Bakının \"İnter\" klubu Ermənistan komandası ilə qarşılaşacaq

Bakının \"İnter\" klubu Ermənistan komandası ilə qarşılaşacaq
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş \"Birlik kuboku\"ndakı təmsilçimiz \"İnter\" bu gün 1/4 final mərhələsində matça çıxacaq. Siasport.az saytı xəbər verir ki, komandamız bu gün Ermənistan təmsilçisi \"Mika\" klubu ilə qarşılaşacaq. Peterburqski İdman Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə