Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəallarının toplantısı keçirilib. Siasport.az saytı xəbər verir ki, toplantıda federasiyanın Bakıdan və Respublikanın müxtəlif bölgələrindən olan klublarının nümayəndələri iştirak ediblər.
Toplantıda federasiyanın vitse-prezidenti Sarvan Rəsulov çıxış edərək 2009-cu il mart ayından 2010-cu il dekabr ayınadək federasiyada görülmüş işlərdən danışıb. Toplantı iştirakçıları 2011-ci ildə qarşıda duran işləri müzakirə ediblər. Hər klubun nümayəndəsinə klub fəalları ilə müzakirə olunmaq üçün müxtəlif sənədlər və təlimatlar, məlumat materialları, reklam məhsulları, federasiyanın müxtəlif tədbirlərindən hazırlanmış video disklər paylanıb. Bu tədbirdə eləcədə hər klub üzvünə paylanmaq üçün yeni qeydiyyat kitbçaları verilib.
Keçirilmiş tədbir bu il federasiya qarşısında duran məsələlərin həllinə
yönəlib.
Qərara alınıb ki, bundan sonra klub nümayəndələri cari məsələlərin
müzakirəsi üçün ayda bir dəfə toplanacaqlar. Gələn toplantının vaxtı 12 fevral
tarixinə təyin olunub.
Toplantının sonunda federasiya həyatından bəhs edən film nümayiş olunub
və ziyafət keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB