Konkur üzrə beynəlxalq turnir keçiriləcək

Konkur üzrə beynəlxalq turnir keçiriləcək

Mayın 25-26-da Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"nin açıq meydanında və mayın 27-də tarixində "Elite Horse & Polo Club" atçılıq klubunun ot meydanında, atçılıq idmanının konkur növü üzrə CSI 2*-W kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq turnir keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın ümumi mükafat fondu 60 000 AZN-dir.

Qeyd edək ki, bu növ atçılıq yarışları Azərbaycanın paytaxtında 2009-cu ildən etibarən təşkil olunur.

Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdən olan idmançılar iştirak edəcəklər. Hakimlər briqadasının tərkibinə Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan olan hakimlər daxil olacaq.

Turnirin proqramı

25 May

15:40 – 16:00 Turnirin açılışı ( yarış istirakçilarının paradı )

16:00 – Medium tur Yarış 1
17:00 – 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi)
17:30 – Big tur Yarış 2
18:30 – 18:45 Təltifetmə mərasimi
18:45 – 19:00 Lotereya (Elit Klubuna 1 heftelik üzvlük)

26 May

16:00 – Medium tur Final Yarış 3
17:00 – 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi).
17:30 – Big tur Yarış 4
18:30 – 18:45 Təltifetmə mərasimi
18:45 – 19:00 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük)

27 May

16:00 – 17:00 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi).
17:00 – Big tur Qran Pri
18:00 – 18:15 Təltifetmə mərasimi

18:15 – 18:30 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük)
18:30 -19:00 Turnirin bağlanışı (şou-proqram)

Tədbirin əsas tərəfdaşları və sponsorları Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Atçılıq Federasiyası, Beynəlxalq Atçılıq İdman Federasiyası və "İdman-Azərbaycan" telekanalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə