Azərbaycan idmançıları Dünya Kuboku turnirinin mərhələ yarışında iştirak edəcəklər

Azərbaycan idmançıları Dünya Kuboku turnirinin mərhələ yarışında iştirak edəcəklər

Azərbaycan alpinistləri üçün yeni yarış ili yanvarın 22-dən fevralın 8-dək İsveçrə və Rumıniyada keçiriləcək buz üzərinə dırmaşma üzrə Dünya Kuboku turnirinin mərhələ yarışından başlayacaq. Siasport.az saytı xəbər verir ki, beynəlxalq yarış mövsümü mart ayında Rusiyanın Kirov şəhərində keçiriləcək dünya çempionatı ilə başa çatacaq. Yarışlar arasında yaranmış fasilə zamanı Azərbaycan çempionatı keçiriləcək. Yarış cədvəlinin belə gərgin olması buz bağlamış su hövzələrində və buz əsasında süni konstruksiyalarda buz üzərinə dırmaşma yarışları təşkil etmək üçün soyuq hava dövrünün qısa olması ilə şərtlənir.

Alpinizm Federasiyasından beynəlxalq yarışlarda çıxış etmək üçün ən perspektivli idmançıları Rusiya yığması ilə birlikdə keçirilmiş təlim-məşq toplanışlarının yekunlarına əsasən ötən il dekabrın sonunda müəyyən edilib. Yığmaya Əli Abdullayev, Firuz Cəfərov, Denis Leusov, Mövsüm Şirəliyev, Leyla Əliyeva və Dilarə Cəfərova daxil olub. Hazırda alpinistlərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.//AzərTac

Bütün xəbərlər Facebook səhifəmizdə