Nazir: "Asfalt örtüyü yüksək qiymətləndirilib” AÇIQLAMA

Nazir: "Asfalt örtüyü yüksək qiymətləndirilib” AÇIQLAMA

"Bakıda keçiriləcək Formula-1 üzə Avropa Qran Prisinin hazırlıq işləri son mərhələdədir. Artıq trekin asfalt işləri tamamilə başa çatıb. Hazırda trassın ətrafında hasarlanma işləri aparılır və baryerlər quraşdırlır". Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, iyun ayının 10-dək yarışın hazırlığı ilə bağlı bütün işlər yekunlaşacaq: "Bundan sonra yalnız kiçik İT texnologiya ilə bağlı işlər qala bilər ki, onlar da tez bir zamanda yüksək səviyyədə yerinə yetiriləcək. Bütün işlərə çox yüksək peşəkarlıqla yanaşılır. Salınmış asfalt örtüyü Beynəlxalq Nəzarət Komitəsi tərəfindən qəbul edilib və yüksək qiymətləndirilib. Formula-1 üzrə Avropa Qran Prisi Azərbaycanda çox yüksək səviyyədə təşkil olunacaq".

Nazir vurğulayıb ki, iyunun 17-də yarışda iştirak edəcək pilotlar trassla tanışlıq üçün sınaq yürüşü keçirəcəklər. O qeyd edib ki, trass yüksək peşəkarlıqla hazırlanıb, ancaq treklə bağlı hər hansı problem çıxarsa, pilotlar hansısa yeri keçə bilməzlərsə, BŞH trassın müəyyən hissəsinin dəyişdirilməsi üçün müraciət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə